Qusarda 20 yaşlı oğlan göldə boğulub

Qusarda 20 yaşlı oğlan göldə boğulub
# 24 iyun 2022 09:27 (UTC +04:00)

Qusarda 20 yaşlı oğlan göldə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR