Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb - FOTO - YENİLƏNİB

Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb - FOTO - YENİLƏNİB
  • Clock-gray 23:05
  • calendar-gray 14 Sentyabr 2019

 

Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.  


Qeyd edək ki, cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxmış və Qusar rayonunda itkin düşmüşdü. 

****

10:16

 

Qusarda 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb. 

Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm, orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.     
 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date