Qusar rayonunda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Avaran kəndində qeydə alınıb. Kənd sakini 82 yaşlı Yanvar Qaraxanovun üzərinə ağac düşüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.