Qusarda 85 yaşlı kişi hovuza düşərək ölüb

Qusarda 85 yaşlı kişi hovuza düşərək ölüb
# 16 avqust 2022 00:14 (UTC +04:00)

Qusar rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 1937-ci il təvəllüdlü Mühacib Səfərov həyətyanı sahədə hovuza düşüb.

O, Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR