Qusarda ər arvadını daha sonra özünü öldürüb - VİDEO

Qusarda ər arvadını daha sonra özünü öldürüb - VİDEO
# 19 aprel 2022 22:51 (UTC +04:00)

Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR