Qusarda iki avtomobil toqquşub, bir nəfər ölüb

Qusarda iki avtomobil toqquşub, bir nəfər ölüb
# 26 sentyabr 2022 10:02 (UTC +04:00)

Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR