Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var

Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
# 04 iyun 2023 13:10 (UTC +04:00)

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çiləgir kəndi ərazisində qeydə alınıb.

"Vaz 2106" və "Vaz 2107" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR