Qusarda maşın maneəyə çırpılıb, turist ər-arvad xəsarət alıb

Qusarda maşın maneəyə çırpılıb, turist ər-arvad xəsarət alıb
# 11 avqust 2022 15:07 (UTC +04:00)

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar-Şahdağ yolunda “Toyota Prius” markalı maşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları - 27 yaşlı Masri Aldaşsari və onun həyat yoldaşı Shaykhan Alşuthaylan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR