Ramiz Göyüşova görə tutulan sayt rəhbərinin cəzası azaldılıb

Mahir Ələkbərov və Ramiz Göyüşov

© APA | Mahir Ələkbərov və Ramiz Göyüşov

# 09 fevral 2023 14:40 (UTC +04:00)

"Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Mahir Xəttab) kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda Mahir Ələkbərov barəsində qüvvədə olan qərar dəyişdirilib.

Qərara əsasən, Mahir Ələkbərovun cəzası 6 ay azaldılıb.

Məhkumun vəkili Araz Nurməmmədov məlumatı təsdiq edib. Vəkil bildirib ki, Mahir Ələkbərovun çəkilməmiş 1 il 6 ay həbs müddəti qalıb.

Xatırladaq ki, Mahir Ələkbərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihama görə, sayt rəhbəri Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" saytında platformasında və digər xəbər saytlarında yayıb. Sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün Ramiz Göyüşovla görüşə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR