Rusiya məhkəməsi Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarıb

Rövşən Əsgərov

© APA | Rövşən Əsgərov

# 24 may 2022 16:42 (UTC +04:00)

Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyununun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun barəsində qiyabi həbs qərarı çıxarılıb.

APA xəbər verir ki, bu barədə TASS Moskvanın Basman rayon məhkəməsinə istinadən məlumat yayıb.

Məhkəmə istintaqın müraciətini təmin edərək Rövşən Əsgərov barəsində Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinə (“KİV, yaxud internetdən istifadə etməklə nasizmin reabilitasiyası”) uyğun olaraq saxlanılması, yaxud ekstradisiyası halında 2 ay müddətinə qiyabi həbs cəzası çıxarıb.

Qeyd edək ki, Rusiya bir müddət əvvəl Rövşən Əsgərovu axtarışa verib.

Xatırladaq ki, ötən ay Rusiyada Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - məlumatda qeyd olunub.

Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR