Rusiya vətəndaşları Goranboyda qəzaya düşüb

Rusiya vətəndaşları Goranboyda qəzaya düşüb
  • Clock-gray 17:12
  • calendar-gray 25 Avqust 2019

Bu gün Goranboyda toydan qayıdan Rusiya vətəndaşları qəzaya düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy şəhərində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Rusiya vətəndaşı Məcnunbəyova Dinarə Çingiz qızı, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı Konderova Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Tərtər rayon sakini Ramazanzadə Ruziyə Mübariz qızı və 2 aylıq uşaq xəsarət alıblar. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

D. Məcnunbəyovanın durumu ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date