Saatlıda bıçaqlanma olub

Saatlıda bıçaqlanma olub
# 16 oktyabr 2019 19:57 (UTC +04:00)

Saatlı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatı rayonunun Mircəlal kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Semirzə Salam oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına daxil olub. Yaralı əməliyyat olunub.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı bəlli deyil.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR