Saatlıda itkin düşən azyaşlı tapılıb

Saatlıda itkin düşən azyaşlı tapılıb
# 07 yanvar 2022 09:45 (UTC +04:00)

Saatlıda itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR