Saatlıda müştərilərə qəlyan təklif edən obyekt aşkarlanıb

Saatlıda müştərilərə qəlyan təklif edən obyekt aşkarlanıb

© APA | Saatlıda müştərilərə qəlyan təklif edən obyekt aşkarlanıb

# 25 yanvar 2022 09:04 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin sahibi F.Agayev barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR