Saatlıda yol qəzası nəticəsində ölən piyadanın adı məlum olub - YENİLƏNİB

Saatlıda yol qəzası nəticəsində ölən piyadanın adı məlum olub - YENİLƏNİB
# 19 noyabr 2019 01:20 (UTC +04:00)

Saatlıda avtomobil zərbəsi nəticəsində dünyasını dəyişən piyadanın kimliyi müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, Saatlı sakini, 1965-ci il təvəllüdlü Məmmədov Nicat Paşa oğludur.

***

Saat 23:38

Saatlıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında "Mercedes" markalı avtomobil yolu keçən kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR