Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib - YENİLƏNİB

Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib - YENİLƏNİB
# 04 iyun 2023 09:36 (UTC +04:00)

Saatlıda 18 yaşlı oğlan xalasının ərini öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Saatlı şəhərində baş verib. Saatlı şəhər sakini, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu münaqişə zəminində xalasının əri, şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğlunu bıçaqla qətlə yetirib.

Qətli törədən şəxs saxıanılıb.

Faktla bağlı Saatlı prokuroluğunda cinayət işi açılıb.

***

08:47

İyunun 4-ü saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR