Saatlıda qəzaya uğrayan avtomobil qaz kəmərini zədələyib

Saatlıda qəzaya uğrayan avtomobil qaz kəmərini zədələyib
# 22 sentyabr 2019 12:18 (UTC +04:00)

Ötən gecə 03:30 radələrində qəzaya uğrayan “Mersedes” markalı avtomobil Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəmərini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kəmər bir yerdən qırılıb.

Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR