Saatlıda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Saatlıda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
# 09 noyabr 2019 23:45 (UTC +04:00)

Saatlı rayonunun Musalı kəndi ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi müəyyən edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxs Saatlı rayonu Nərimankənd kənd sakini 1973-cü il təvəllüdlü Natiq Əliyevdir.

Xəsarət alanlar isə Saatlı rayonu Nərimankənd kənd sakinləri - 1998-ci il təvəllüdlü Əliyev Vüsal Fikrəddin oğlu, 1973-cü il təvəllüdlü Əliyev Hafiz Əlimuxtar oğludur.

****

23:26

Saatlı rayonunun Musalı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “VAZ 2106” markalı avtomobili ilə “QAZ-31” markalı maşın toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri Travmatologiya, digəri isə Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR