Sabiq baş həkimə hökm oxunub

Sabiq baş həkimə hökm oxunub
# 09 oktyabr 2019 10:41 (UTC +04:00)

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Kosayev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onu da qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR