Sabiq deputata qarşı 230 min manat dələduzluq edən şəxsin istintaqı başa çatıb

Sabiq deputata qarşı 230 min manat dələduzluq edən şəxsin istintaqı başa çatıb
# 07 sentyabr 2022 08:44 (UTC +04:00)

Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramova və daha bir neçə şəxsə qarşı dələduzluqda təqsirləndirilən Bağırov Elçin Səməd oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, Elçin Bağırov tikinti biznesi ilə məşğul olmaq adı ilə Nəsrulla Bayramovdan 230 min manat alaraq dələduzluq edib.

İş üzrə Nəsrulla Bayramovdan başqa daha 6 nəfər zərərçəkən şəxs qismində tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR