Sabiq MTN polkovnikinə 5 il 6 ay həbs cəzası verilib

Sabiq MTN polkovnikinə 5 il 6 ay həbs cəzası verilib
# 24 iyun 2022 16:14 (UTC +04:00)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir rayonlarının sabiq rəisi, polkovnik Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bahadır Qocayev 5 il 6 ay azadlıqdan mərhum edilib.

Xatırladaq ki, Bahadır Qocayev özgənin 70 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində ittiham olunan şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib.

Bahadır Qocayev əvvəllər MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

Sonradan 2016-cı ildə isə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib, bir müddət sonra vəzifəsindən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR