Sabiq vəkilin xeyrinə çıxarılan qərar ləğv edilib

Sabiq vəkilin xeyrinə çıxarılan qərar ləğv edilib
# 25 iyun 2019 16:05 (UTC +04:00)

Vəkillər Kollegiyasının sabiq üzvü İradə Cavadovanın vətəndaş Könül Mürsəlovaya qarşı qaldırdığı mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ilə əlaqədar Xəzər rayon Məhkəməsinin qərarından cavabdeh tərəfindən verilən şikayətə baxılıb.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən Xəzər rayon Məhkəməsinin qərarı ləğv edilib.

Xatırladaq ki, ötən il Vəkillər Kollegiyasının rəhbərliyi Könül Mürsəlova adlı şəxsin şikayəti əsasında İradə Cavadovanın vəkillikdən uzaqlaşdırılmasına qərar verib. İ.Cavadova bundan sonra K.Mürsəlovanı məhkəməyə verib. O, tələb qoyub ki, K.Mürsəlovanın onun haqqında yazdıqları həqiqətə uyğun olmayan, işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilsin. Bu əməlinə görə K.Mürsəlova vurduğu mənəvi zərərin əvəzi kimi 1000 manat kompensasiya ödəsin.

Xəzər rayon Məhkəməsi bu iddianı qismən təmin edib. Qərarda qeyd edilib ki, K.Mürsəlovanın vəkil haqqında Vəkillər Kollegiyasına ünvanladığı teleqramda yazılanlar həqiqətəuyğun olmayan məlumat hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR