Sabirabad sakini naməlum şəraitdə bıçaqlanıb

Sabirabad sakini naməlum şəraitdə bıçaqlanıb
# 10 oktyabr 2019 22:58 (UTC +04:00)

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1987-ci il təvəllüdlü Rəhimov Seyidəli Böyükağa oğlu bıçaqlanıb.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və dərhal əməliyyata götürülüb.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.
Faktla bağlı Sabirabad Rayon Polisi Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR