Sabirabad sakini qardaşı arvadını və övladlarını öldürməklə hədələyib

Sabirabad sakini qardaşı arvadını və övladlarını öldürməklə hədələyib
# 06 sentyabr 2022 11:37 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsinə Qarağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəkləri ilə hədələnmələri barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən həmin qadının qaynı R.Süleymanov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR