Sabirabadda avtomobil 80 yaşlı kişini vuraraq xəsarət yetirib

Sabirabadda avtomobil 80 yaşlı kişini vuraraq xəsarət yetirib
# 22 noyabr 2019 21:03 (UTC +04:00)

Sabirabadda 80 yaşlı kişini avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlmatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1939-cu il təvəllüdlü Xudiyev Əli Feyruz oğlunu vurub. Piyada ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR