Sabirabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Sabirabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB  - VİDEO
# 30 sentyabr 2022 11:50 (UTC +04:00)

Yol polisi Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza barədə məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, yolun 33-cü kilometrliyində “Hyundai Santa Fe” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 4-nə ilkin tibbi yardım göstərilib, 1 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.

Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

***

11.13

Sabirabad rayonunda avtomobil aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhərmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. Avtomobilin aşması nəticəsində sürücü və 7 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR