Sabirabadda avtomobil kanala aşıb, ölənlər var - VİDEO

Sabirabadda avtomobil kanala aşıb, ölənlər var - VİDEO
# 25 may 2022 12:13 (UTC +04:00)

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 4.30 radələrində Sabirabad rayonunun Ələmbəyli kəndində qeydə alınıb. Sabirabad rayonunun Bala Həşimxanl kənd sakini, 1987-ci il təvəllüdlü Pənciyev Namiq Əlihüseyn oğlunun idarə etdiyi 18 BE 863 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itməsi nəticəsində kanala aşıb. Nəticədə sürücü və sərnişini - Bala Həşimxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Yaqubov Vüsal Rüstəm oğlu avtomobildə boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR