Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
# 10 iyun 2023 00:24 (UTC +04:00)

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“Ford Tranzit" markalı avtomobil yolu keçən Sabirabad rayonunun Nizami kənd sakini, 1995-ci il təvəllüdlü Mansurov Əmrah Qabil oğlunu vuraraq öldürüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR