Sabirabadda avtomobili aşıran sürücü ağır yaralanıb - FOTO

Sabirabadda avtomobili aşıran sürücü ağır yaralanıb - FOTO
# 26 sentyabr 2022 00:25 (UTC +04:00)

Sababiradda baş verən qəzada sürücü ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR