Sabirabadda baş verən qəzada bir nəfər ölüb

Sabirabadda baş verən qəzada bir nəfər ölüb
# 30 iyun 2022 22:42 (UTC +04:00)

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil beton dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - Sabirabad rayonunun Türkədi kənd sakini, 2001-ci il təvəllüdlü Şəmmədov Bəybala Əli oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR