Sabirabadda baş verən qəzada ölən və yaralananlar var

Sabirabadda baş verən qəzada ölən və yaralananlar var
# 05 iyul 2022 01:27 (UTC +04:00)

Sabirabad rayonunda baş verən qəzada 29 yaşlı kişi ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobildə olan Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Məmiyev Rüfət Təbiət oğlu hadisə yerində ölüb.

Digər iki nəfər - Sabirabad şəhər sakini, 2001-ci il təvəllüdlü Xəlilov Akif Elşən oğlu və Saatlı rayonunun Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Xəlilov Şükür Nihad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR