Sabirabadda ev yanıb

Sabirabadda ev yanıb
# 21 aprel 2022 17:09 (UTC +04:00)

Sabirabad rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonunun Ətcələr kəndində ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 111 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR