Sabirabadda ev yanıb, xəsarət alan var

Sabirabadda ev yanıb, xəsarət alan var
# 19 noyabr 2019 16:24 (UTC +04:00)

Sabirabadda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Sabirabad rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR