Sabirabadda evdən 10 min dollar, 12 min manatlıq qızıl oğurlanıb

Sabirabadda evdən 10 min dollar, 12 min manatlıq qızıl oğurlanıb
# 24 mart 2023 10:28 (UTC +04:00)

Sabirabadda bir ay əvvəl evdən oğurluq edən şəxs tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR