Sabirabadda qatar vuran şəxs ölüb - YENİLƏNİB-1 - VİDEO

Sabirabadda qatar vuran şəxs ölüb - YENİLƏNİB-1  - VİDEO
# 25 may 2022 18:24 (UTC +04:00)

Sabirabadda qatarın vurduğu şəxs ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, kimliyi məlum olmayan kişi Salyan Mərkəzi rayon xəstəxanasında keçinib.

***

16.08

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda qatarın vurduğu şəxslə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, 25.05.2022-ci il tarixdə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.

Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu tanıyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.

***

14.19

Sabirabadda qatar yolu keçən şəxsi vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Çiçəkli kəndində qeydə alınıb. Qatar dəmir yolunu keçmək istəyən şəxsi vurub. Kimliyi məlum olmayan şəxs komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Dəmir yolu nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR