Sabirabadda qəza baş verib, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Sabirabadda qəza baş verib, ölən və yaralananlar var - FOTO  - YENİLƏNİB
# 30 yanvar 2023 22:19 (UTC +04:00)

Avtomobil qəzasında xəsarət alan Sabirabad rayonunun Balakənd kənd sakini, 1991-ci il təvəllüdlü Xanəliyev İsrail Xanlar oğlu xəstəxanaya aparılarkən yolda keçinib.

APA-nın xəbərinə görə, onun əmisi oğlu, Xanəliyev Sərraf Adil oğlu və daha bir qohumu xəsarət alaraq Sabirabad xəstəxanasına yerləşdirlib.

***

22.03

Xəbərə foto əlavə olunub.

***

21.47

Sabirabadda ölümlə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı-Sabirabad magistralında qeydə alınıb.

Yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR