Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb - FOTO - VİDEO

 Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb  - FOTO  - VİDEO
# 22 aprel 2022 21:52 (UTC +04:00)

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən rayonun Minbaşı kənd sakini, 1974-cü il təvəllüdlü Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR