Şabranda 16 yaşlı oğlan itkin düşüb - FOTO

Samuray Qasımov

© APA | Samuray Qasımov

# 25 aprel 2022 10:33 (UTC +04:00)

Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Xəbərə görə, S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.
Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR