Şabranda itkin düşən 21 yaşlı qız tapılıb - FOTO - YENİLƏNİB

Şabranda itkin düşən 21 yaşlı qız tapılıb - FOTO - YENİLƏNİB
# 19 iyun 2019 18:05 (UTC +04:00)

Şabran rayon Xırdaoymaq kənd sakini, itkin düşmüş 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, N.Dadaşova Bakı şəhərində olub. Qızın atası Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, qızı evə qayıtmaq istəmir. O, qızına qarşı ailəsinin fiziki təzyiq göstərildiyinə dair iddiallarla razılaşmadığını deyib.

Qeyd edək ki, 21 yaşlı N.Dadaşova iyun ayının 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

***

09:35

Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu il iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Dadaşova Nuranə Ədalət qızının əlamətləri belədir: Boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR