Şabranda dünəndən başlayan yanğın söndürülüb - VİDEO

Şabranda dünəndən başlayan yanğın söndürülüb - VİDEO
# 16 avqust 2022 08:58 (UTC +04:00)

Şabranda biçilmiş taxıl sahəsində başlayan yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, dünən günorta saatlarından Şimal bölgəsində və bir neçə ərazidə yanğın məlumatları daxil olub.

Onun sözlərinə görə, havanın isti və küləkli olması yanğınların genişlənərək digər ərazilərə keçməsinə səbəb olub.

“Bütün bunlar nəzərə alınaraq hadisə yerinə yerli qüvvələrlə yanaşı, Bakı və Sumqayıtdan canlı qüvvə, texnika ilə yanaşı bir helikopter hadisə yerinə cəlb edilib. Görülmüş operativ tədbirlər nəticəsində Siyəzən, Quba, Qusar rayonlarında baş verən yanğınlar qısamüddətdə söndürülüb”.

Füzuli Əsədovun sözlərinə görə, gecə saatlarında Xaçmazın dörd kəndindəki, Şabranda geniş ərazini əhatə edən yanğın tam söndürülüb. Hadisə nəticəsində Xaçmazda 40, Şabranda idə 500 hektara yaxın ərazi yanıb.

“Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amilidir. Ehtiyatsızlıq və qəsdən yandırılma ehtimal olunur ki, bu istiqamətdə araşdırma aparılır”,- deyə nazirlik rəsmisi bildirib.

Ümumilikdə yanğınların söndürülməsinə 20-dən artıq texnika, 200-dən artıq şəxsi heyət cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR