Şabranda biçilmiş taxıl sahəsində başlayan yanğın 6 kəndi əhatə edib - VİDEO - YENİLƏNİB 2

Şabranda biçilmiş taxıl sahəsində başlayan yanğın 6 kəndi əhatə edib - VİDEO  - YENİLƏNİB 2
# 16 avqust 2022 01:02 (UTC +04:00)

Şabrnın Xəlfələr kəndinə ötən gün başlayan yanğın artıq 6 kəndə yayılıb.
Bunu Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev APA-nın Şimal bürosuna açıqlamasında bildirib.

“Ən çox ziyan Dağbilici kəndinə dəyib. Burda bir ev tam yanıb digər iki yardımçı tikilidə yanğın baş verib”,- deyə o bildirib.

İlkin Ağayevin sözlərinə görə, hazırda yanğınla bağlı bütün qabaqlayıcı tədbirlər görülüb, kənd ərazisindəki evlərə təhlükə yoxdur.

Yanğın kol-kos olan ərazilərdə hələ də davam edir.

***

15.08.2022

Saat 23:37

Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğın davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi yanğınla mübarizə aparır.

Hazırda yanğının lokallaşdırılması istiqamətində iş aparılır.

***

Saat 19:14

Xəbər verildiyi kimi, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

FHN-dən APA-ya bildirilib ki, ilkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb. Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16.49

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə bərabər ətarf rayonlardan da texnika cəlb olunub.

Yanğının Mumlu və Qazma kənlərinə keçdiyi və yaşağış evləri üçün təhlükənin olduğu bildirilir. Bəzi ərazilərdə əhaliyə məxsus ot tayaları və yardımçı binalar yanıb.
Güclü külək alovun qarşısını almağa mane olur.

© APA | Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayevin açıqlaması

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR