Şabranda karxanadan 7500 manatlıq oğurluq edilib

Şabranda karxanadan 7500 manatlıq oğurluq edilib
# 18 aprel 2022 12:03 (UTC +04:00)

Şabranda daş karxanasından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki fəaliyyət göstərməyən daş karxanasından 7500 manat dəyərində daş kəsən ülgücün hissələrini oğurlamaqda şübhəli bilinən Şabran sakinləri K.Ağamalıyev, S.Hüseynov və V.Vahabov saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə S.Hüseynovun və V.Vahabovun otellərin birinin həyətindən 30 baş keçi oğurlamaları da müəyyən olunub.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR