Şabranda mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB - FOTO

Şabranda mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb - ADLAR   - YENİLƏNİB   - FOTO
# 22 sentyabr 2022 21:25 (UTC +04:00)

Şabranda baş verən qəzada xəsarət alanların adı məlum olub.

APA xəbər verir ki, yol nəqliyyat hadisəsi zamanı 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu dünyasını dəyişib.

Xəsarət alan şəxslərin adı aşağıdakı kimidir:

Dostuyeva Zöhrə Hüseynağa qızı (1958);

Əliyeva Xuraman Paşa qızı (1974);

Cəfərova Zülfiyyə Kərim qızı (1965);

Əliyev Sərxan Əmiraslan oğlu (1967);

Qasımova Şəfəq Kazım qızı (1976);

Məmmədova Validə Rzaqulu qızı (1974);

Məmmədov Fərid Mehman oğlu (1989);

Əsgərov Ramiz Əjdər oğlu (1956);

Seyidov Qasım İsmayıl oğlu;

Ağarzayev Siracəddin Nurulla oğlu (1959);

Məmmədova Məhəbbət Abdulhüseyn qızı (1970);

Mədətova Cəmilə Nəbi qızı (1980);

Qəmbərova Reyhan Rzaqulu qızı (1965);

Kərimov Fikrət Tofiq oğlu (1966);

Məmmədova Təranə Abdul qızı (1977);

Əsgərova Məhbubə Ağamurad qızıdır (1961).

Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İki nəfərin vəziyyəti ağır olduğundan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

***

Saat 20:04

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR