Şabranda qanunsuz balıq tutan iki nəfər saxlanılıb

Şabranda qanunsuz balıq tutan iki nəfər saxlanılıb
# 05 noyabr 2022 16:37 (UTC +04:00)

Şabranda qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində, rayonun Taxtakörpü su anbarının ərazisində qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu edən Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.

Həmin şəxslərdən 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR