Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar
# 14 noyabr 2022 09:57 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Firudin İlyasov və Novruz İlyasov saxlanılıblar.

Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR