Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb

Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb
# 03 sentyabr 2022 18:11 (UTC +04:00)

Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs ona məxsus 1 hektar örüş sahəsinin Əli Ələkbərov adlı şəxs tərəfindən ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən yandırılması barədə məlumat verib.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR