Şabranda traktorla qatar toqquşub, 1 nəfər ölüb

Şabranda traktorla qatar toqquşub, 1 nəfər ölüb
# 25 mart 2023 10:05 (UTC +04:00)

Martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb.

O hadisə yerində ölüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR