Şabranda yaşayış binasında yanğın olub, zəhərlənənlər var - YENİLƏNİB-1

Şabranda yaşayış binasında yanğın olub, zəhərlənənlər var - YENİLƏNİB-1
  • Clock-gray 16:48
  • calendar-gray 20 Avqust 2019

Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, digər 5 xəstə ambulator müalicə üçün evə buraxılıblar.  Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.

***

Saat 13:01

Şabranda baş verən yanğın hadisəsi ilə bağlı xəstəxanaya 7 nəfər gətirilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Həyatları üçün təhlükə yoxdur.

***

Saat 12:21

Şabranda 4 mərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Binanın sakinləri təxliyyə olunub.Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

İlkin məlumata görə, binanın elektrik şitində qeydə alınıb.

Şabran Mərkəzi Rayon Xəstəxanasından APA-nın şimal bürosuna verilən məlumata görə,  Şabranda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslərə əraziyə cəlb olunan təcili tibbi yarım maşınlarında ilkin tibbi yardım göstərilib.

Vəli Turan

Digər xəbərlər

Arxiv

date