Şabrandakı yanğın qaz təsərrüfatına zərər vurub - FOTO

Şabrandakı yanğın qaz təsərrüfatına zərər vurub - FOTO
# 17 avqust 2022 20:51 (UTC +04:00)

15.08.2022-ci il tarixdə Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib.

"Azəriqaz" İstehsalat Birliyindən APA-ya verilən xəbərə görə, yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Qaz təsərüfatına dəymiş ziyanla bağlı 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb.

Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR