Sabunçu rayonunda narkotik dövriyyəsinə görə 47 nəfər tutulub - VİDEO

Saxlanılan şəxslər

© APA | Saxlanılan şəxslər

# 20 sentyabr 2022 15:54 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 47 nəfər saxlanılıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR